Həzrəti Abbasın (ə) Müqəddəs Hərəmi Kərbəla - Nəcəf yolunda Ümmü-Bəninin (ə) xidmət kompleksində ümumi mədəni mövkübün açılışını reallaşdırmışdır. Şöbə müdiri Seyid Əhməd Sadıq bildirmişdir ki, bu mövküb zəvvarlara elmi və mədəni məhsullarla tanış olmaq imkanı yaradan, eləcə də Hüseyni qiyamın uca hədəflərini möhkəmləndirən mühüm bir pəncərədir. Milyonlarla insanın qatıldığı Ərbəin ziyarəti dövründə təqdim edilən xidmətlər bədəni qidalandırmaqla yanaşı, ziyarətçilərin fikir və ruhunu da doyurmaq məqsədi daşıyır. Müqəddəs Hərəm zəvvarların dini şüurunu artırmaq, onları azğın fikirlərdən qorumaq və İmam Hüseynin (ə) islahat layihəsini ən yüksək səviyyədə təbliğ etmək üçün bütün imkanlarını səfərbər etmişdir. Sərgilər, maarifləndirici materiallar və intellektual müsabiqələr vasitəsilə zəvvarların daha dərindən məlumatlanması və mədəni baxımdan zənginləşməsi təmin olunur.