Həzrəti Abbasın (ə) Müqəddəs Hərəmi, İraqda ilk dəfə günəş panelləri istehsal edən "Nur" zavodunu fəaliyyətə başlayıb. Bu strateji layihə bərpa olunan enerji texnologiyalarının ölkə daxilində mənimsənilməsi, elektrik çatışmazlığının aradan qaldırılması və milli iqtisadiyyatın canlandırılması məqsədilə həyata keçirilib. Zavod yerli kadrların inkişafına və məşğulluğun artırılmasına töhfə verməklə yanaşı, ölkənin enerji müstəqilliyini gücləndirməyi hədəfləyir. Layihə, ali dini mərcəiyyətin yerli potensiala və İraqın daxili resurslarına etibar etmək çağırışına birbaşa cavab olaraq reallaşdırılıb.